Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Selcan Familzadə Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Banker.az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.
Qeyd edək ki, Selcan Familzadə 2016-cı ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. O, əvvəllər Ağsu rayon prokurorunun köməkçisi və Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində işləyib.