-1 C
Baku
Friday, February 21, 2025

Baş Prokurorluqda yeni təyinatlar

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin olunub.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Baş Prokuror Kamran Əliyev müvafiq əmrinə əsasən Suad Qəhrəmanova Mətbuat xidmətinin prokuroru vəzifəsinə təyin olunub.

Suad Qəhrəmanova 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub, bu təyinata qədər Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi vəzifəsində işləyib.

Digər müfaviq əmrlə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Pərvin Bağırova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin edilib.

Qeyd olunub ki, prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla prokurorluğun gənc, yüksək nəzəri bilik və peşə hazırlığına malik kadrlarla komplektləşdirilməsi istiqamətində görülən tədbirlər bundan sonra da davam etdiriləcək.

67b7146fce95667b7146fce957174005156767b7146fce95467b7146fce955 67b714765668367b7147656684174005157467b714765668167b7147656682

Son xəbərlər
Digər xəbərlər