Bəzi çap media vasitələri və internet informasiya resurslarında Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinin ödənişli əsaslarla fəaliyyət göstərməsi barədə informasiyalar yayılıb.
Banker.az xəbər verir ki, Baş Prokurorluq həmin informasiyaları təkzib edib. Bildirilir ki, qeyd edilən əlaqə vasitələri ödənişsizdir, vətəndaşlar istənilən mobil operatorlardan və stasionar telefonlardan zəng etməklə müraciətlərini edə bilərlər.
Baş Prokurorluq bütün media subyektlərinə müraciət edərək bildirib ki, gələcəkdə bu qəbildən neqativ hallara yol verildikdə qanunamüvafiq tədbirlər görüləcək.