2 C
Baku
Saturday, December 14, 2024

Baş prokururluq 15.5 min manatı alıb, işini görməyən “usta” barəsində açıqlama yaydı

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən vətəndaş Samir Abbaslının pulunun ələ keçirilməsinə dair qeyri-obyektiv araşdırma aparılması ilə bağlı məlumatlar paylaşılıb.

Bu barədə Banker.az-a Baş prokurorluqdan bildirilir.

Bununla bağlı bildiririk ki, Samir Abbaslı (sifarişçi) mülkiyyətində olan mənzildə təmir işlərinin aparılması üçün Ruslan Nəbiyevlə (podratçı) podrat müqaviləsi bağlayaraq 15 min 500 manat pul ödəmiş, lakin podratçı mənzildə təmir işlərini tamamlamadığına görə barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir.

Araşdırma zamanı Samir Abbaslının müraciətinin mülki xarakterli olması müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə şikayət etmək hüququ izah olunmuşdur.

Bundan başqa, eyni fakt üzrə Göyçay rayon məhkəməsində mülki işə baxılmış, vurulmuş ziyanla bağlı ümumilikdə 15 min 500 manat pulun Ruslan Nəbiyev tərəfindən geri qaytarılması barədə qətnamə qəbul edilmişdir.

Son xəbərlər
Digər xəbərlər