13 C
Baku
Saturday, April 27, 2024

“Başak-İnam Sığorta Şirkəti” ASC nizamnamə kapitalını artırdı

“Başak-İnam Sığorta Şirkəti” ASC-nin 07.11.2014-cü il tarixdə səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilmişdir. Ümumi Yığıncağın gündəliyində bir məsələ- “ Nizamnamə Kapitalının artırılması” var idi. Səhmdarlar məsələni müzakirə edərək şirkətin Nizamnamə Kapitalını 6 mln. manatdan 9 mln. manatadək qaldırılmasına qərar verdilər. Belə ki, Şirkətin Nizamnamə Kapitalı cari ildə 7 mln. manata, 2015- ci il ərzində 8 mln. manata, 2016-cı ildə isə 9 mln. manata  çatdırılacaqdır.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tələbinə uyğun olaraq sığorta şirkətlərinin kapitalına minimum tələb 5 mln. manat təşkil edir. 04.11.2014-cü il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Başak-İnam Sığorta Şirkəti” ASC-nin kapitalını yetərsiz hesab etmiş və 6 ay müddətində bu kapital yetərsizliyini aradan qaldırmağı tələb etmişdir.

Bütün bunları nəzərə alaraq hesab edirik ki, səhmdarlarımızın kapital artımı haqqında verdiyi qərar bu tələbi qarşılayacaqdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər