Başçısı yeni təyin olunmuş İcra Hakimiyyətində baş məsləhətçini işdən çıxarılıb

Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xanım Allahverdi qızı Əliyeva vəzifəsindən azad edilib. Banker.az bildirir ki, bu barədə Report-un Qarabağ bürosu məlumat yayıb.

Məlumatına görə, Ağdam Rayon İcra Hakimiyyətinin yeni başçısı Vaqif Həsənov bununla bağlı əmr imzalayıb.

Həmin vəzifəyə hələlik təyinat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl Ağdam Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ramiz Qədirov işdən çıxarılıb və bu vəzifəyə də hələlik təyinat olmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin avqustun 28-də imzaladığı sərəncamla Vaqif Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.