Hazırda bir çox insanların plastik kartlardan istifadə etdiklərinə görə nağdsız əməliyyatların sayında artımlar müşahidə olunub. Lakin bəzən plastik kart sahibi olan şəxslərin,həmin kartlarda istifadə zamanı çətinlik çəkdiklərinin şahidi oluruq.
Hazırda bir kartdan digər karta pul köçürmək ən çox istifadə olunan xidmətlərdən hesab olunur. Bir kartdan digərinə pul köçürməyiniz üçün sadəcə internetə girməyiniz kifayətdir.
İnternet vasitəsilə pulların köçürülməsi:
Bankların əksəriyyətində pul köçürmələri sistemi internet bankçılığı xidmətləri çərçivəsində həyata keçirilir. Pul köçürməsini həyata keçirmək üçün siz ilk növbədə şəxsi bölmənizə daxil olub rekvizitlərini daxil etməlisiniz. Əgər pulları alan şəxs elə həmin bankın müştərisidirsə, onun plastik kartının nömrəsini yazmağınız kifayətdir. Yox əgər pul vəsaitləri başqa bir banka göndərilirsə, bu zaman maliyyə təşkilatının rekvizitlərini və pulları alan şəxsin şəxsi məlumatlarını daxil etmək lazımdır. Pul köçürməsinin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi sms vasitəsilə göndərilən müvəqqəti şifrə də tələb oluna bilər.
Bankomat vasitəsilə pul köçürmələri:
İnternetlə yanaşı, adi bankomatdan da istifadə edərək bir kartdan digərinə pul köçürmələrini həyata keçirə bilərsiniz. Pul köçürməsini həyata keçirmək üçün plastik kartı bankomata daxil etdikdən sonra pin-kodu yığmaq və transfer edəcəyiniz vəsaiti seçməlisiniz. Daha sonra analogiya üzrə alıcının rekvizitlərini daxil etmək və pulları göndərmək lazımdır.