7 C
Baku
Thursday, December 12, 2024

Başqası sizin adınıza sizdən icazəsiz kredit götürə bilərmi?

Son dövrlər müzakirə olunan mövzulardan biridə başqasının adına kreditin götürülməsi prosesidir. Bu məsələ Azərbaycanda aktual olmamasada, müəyyən boşluqlarda mövzucuddur. Azərbaycanda bunun geniş yayılmamasına əsas səbəb, kreditləşmənin nisbətən sərt aparılması ilə bağlıdır. Daha doğrusu, bankdan kredit almaq üçün təkcə şəxsiyyət vəsiqəsinin kifayət etməməsi, əlavə olaraq müştərinin ödəniş qabiliyyətinin yoxlanmasıdır.

Lakin, yuxarıda qeyd olunan sərtlik, məişət texnikası satılan dükanlarda boşluq şəklində qalır. Yəni şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq, orada mobil telefon və ya digər əşyanı rahatlıqla götürmək mümkündür.

Rusiyada, Ukraynada və Belorusiyada əsas yayılmış kredit fırıldaqlarında standart situasiya belədir: itmiş şəxsiyyət vəsiqəsini tapan şəxs, onunla ya banka yaxınlaşıb özünü həmən şəxsin yerinə qoyub kredit götürür. Bəzən isə, şəxsiyyət vəsiqəsində şəkli dəyişərək krediti yenədə şəxsiyyət vəsiqəsinin sahibinin adına götürür.

Bu tip halları nəzarətdə saxlamaq üçün tövsiyyə edirik, ara-sıra ASAN xidmətə yaxınlaşıb MKR hesabatınızı çıxarasınız. Və ya, hər hansı bir banka kredit götürmək üçün müraciət edib, MKR onlar vasitəsi ilə yoxladasınız.

Son xəbərlər
Digər xəbərlər