23 C
Baku
Sunday, September 29, 2024

Başqırdıstanda kişi bankı şarla qarət edib (VİDEO)

Ufa polisi qeyri-adi üsulla təxminən yarım milyon rublu bankdan oğurlayan şəxsi axtarır.

NTV -nin verdiyi xəbərə görə, kişi terminalı hava şarları vasitəsilə partladıb.

Videoda kapyuşonlu, maskalı və əlində iki şar olan şəxsin banka daxil olduğu görünür. Sonradan bu şarlarda alışan qaz olduğu məlum olub. Kişi daha sonra müəssisəni tərk edib. Bir neçə saniyədən sonra güclü partlayış dalğası qapıları qırıb. Cinayətkar pulları götürərək, hadisə yerini tərk edib.

SalamNews

 

Son xəbərlər
Digər xəbərlər