17 C
Baku
Saturday, May 25, 2024

Başqırdıstandan Azərbaycana bal tədarükünə başlanılıb

Başqırdıstan Arıçılıq və Apiterapiya Elmi-Tədqiqat Mərkəzi Azərbaycana həcmi 1 170 kiloqram olan balın ilk sınaq partiyasını göndərib.

Bu barədə Başqırdıstan KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Azərbaycana məhsulların tədarükü ilə bağlı müqavilə bu ilin fevralında bağlanıb:

“İxrac üçün Başqırdıstanda istehsal olunan üç növ bal seçilib: cökə, günəbaxan və gül. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən (“Rosselxoznadzor”) məhsulların ixracına icazə alınması üçün bal nümunələri laboratoriya testlərindən keçib. Bal Azərbaycanda müştəriyə avtomobil yolu ilə çatdırılacaq”.

Amma Azərbaycandan olan alıcı barədə məlumat verilməyib.

Başqırdıstanın xarici iqtisadi əlaqələr və konqres fəaliyyəti naziri Marqarita Bolıçeva Azərbaycana ixracın strukturunun kifayət qədər şaxələndirildiyini qeyd edib. Onun sözlərinə görə, 2023-cü ilin sonunda Başqırdıstandan Azərbaycana tədarükün təxminən üçdə biri metallar və onlardan hazırlanmış məmulatlar olub: “Azərbaycana ixracın strukturuna həmçinin yanacaq-energetika, kimya, ağac və sellüloz-kağız, maşınqayırma və ərzaq məhsulları daxildir”.

M.Bolıçeva vurğulayıb ki, bu ilin yanvar-fevral aylarında Başqırdıstan ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.4% artıb: “Biz kimya və neft-qaz sənayesi, mineral gübrələr, alüminium məhsullarının tədarükünün artırılması perspektivlərini görürük”.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər