26 C
Baku
Saturday, July 27, 2024

Batabat gölünün yaxınlığında turistik mərkəz yaradılacaq

Naxçıvanda müxtəlif turizm növlərinin (qış, kənd, eko və s.) inkişaf etdirilməsi və turizm atlasının hazırlanması nəzərdə tutulub.

Bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapıb.

 

Qeyd olunub ki, turizm növlərinin inkişafına dair layihələr hazırlanacaq.

2023-cü ildə Batabat gölünün yaxınlığında tematik turistik mərkəz layihələndiriləcək.

2023-2024-cü illərdə dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) xəritələri hazırlanacaq, Naxçıvan Muxtar Respublikasının turizm üçün əlverişli yaşayış məntəqələri qiymətləndiriləcək, qış, kənd və ekoturizm üzrə layihələr hazırlanacaq.

2024-cü ildə isə Ordubad Tematik Parkının yaradılması layihələndiriləcək, Ağbulaq massivində qiymətləndirmə işləri aparılacaq, yay-qış turizm kompleksinin yaradılması imkanı araşdırılacaq.

Son xəbərlər
Digər xəbərlər