14 C
Baku
Wednesday, April 17, 2024

Batumi-Bakı marşrutu ilə aviareyslərin sayı artırıla bilər

İyunun 1-dən Batumi-Bakı marşrutu ilə aviareyslərinin sayının artırılması gözlənilir.

Bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Patradze Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda deyib.

Onun sözlərinə görə, aviareyslərin həftədə üç dəfə yerinə yetirilməsi planlaşdırılır.

Səfir əlavə edib ki, bundan başqa, Gürcüstandan Azərbaycana dəmiryol nəqliyyatı ilə sərnişin daşımalarını bərpa etmək nəzərdə tutulur.
MənbəTrend
Son xəbərlər
Digər xəbərlər