İyunun 1-dən Batumi-Bakı marşrutu ilə aviareyslərinin sayının artırılması gözlənilir.
Bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Patradze Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda deyib.
Onun sözlərinə görə, aviareyslərin həftədə üç dəfə yerinə yetirilməsi planlaşdırılır.