25 C
Baku
Saturday, July 27, 2024

Batumidə neft terminalında yanğın baş verib

Gürcüstanın Batumi şəhərində neft terminalında yanğın baş verib.

Bu barədə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidməti məlumat yayıb.

Bildirilib ki, qurumun “qaynar xətt”inə Batuminin Mayakovski küçəsində neft terminalında yanğın baş verməsi ilə bağlı məlumat daxil olub.

Yanğının söndürülməsi məqsədi ilə əraziyə 11 yanğınsöndürmə heyəti cəlb edilib. Yanğının neft daşıyan qatarın iki çənində qeydə alındığı bildirilir.

Yanğının söndürüldüyü və digər vaqonlara sıçramasının qarşısının alındığı bildirilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər