25 C
Baku
Saturday, April 27, 2024

Bavariyada kilsə satışa çıxarılıb

Müxtəlif daşınmaz əmlak növlərinin satılması tendensiyası kilsə obyektlərinə qədər gəlib çatdı. Qeyd edək ki, bundan əlavə əvvəllər Avropada qalalar, dəniz fənərləri, kəndlər belə satışa çıxarılmışdı. Bavariyada ən qədim kilsələrdən biri satışa çıxarılıb. Potensial müştərilər çox olduğundan kilsə rəhbərləri kiminlə danışıqlara başlayacaqlarına qərar verməyə çalışırlar. Bütün “kilsə kompleksi”nin satış qiyməti 3,9 milyon avro müəyyən olunub.

Sözsüz hadisələrin belə inkişafı yerli əhalinin bu məsələyə biganə qalmaması ilə nəticələndi. Onlar kilsənin yeni sahibi tərəfindən alındıqdan sonra nə olacağı ilə bağlı narahatdırlar. Bununla bağlı yerli əhali Münhen və Frayzinq arxiyepiskoplarına müraciət etmişlər. Onlar bildirmişlər ki, heç olmasa rokoko stilində yeni bir kilsə alınsın. Lakin yepiskop maliyyə azlığı səbəbindən buna hazır olmadığını bildirib. Süddeutsche Zeitung-dən verilən məlumata əsasən hətta 1794 vətəndaşın imzalı məktubu da arxiyepiskopun ürəyini yumşalda bilməyib.

Buna baxmayaraq, əhalini kilsənin divarları arxasında yeni bir mədəniyyətin yaranacağı fikri ilə sakitləşdirməyə çalışırlar. Məsələn, Seeon-da benediktlərin keçmiş kilsəsi mədəniyyət və təhsil mərkəzinə çevrilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər