ABŞ-ın Nümayəndələr Palatasında Prezident Co Baydenə qarşı bir neçə maddə üzrə impiçment tələbi irəli sürülüb.
“Independent”in verdiyi xəbərə görə, ABŞ-ın Corciya ştatının 14-cü konqres bölgəsi üzrə nümayəndəsi Marjorie Taylor Qrin Co Baydenin prezident səlahiyyətlərinin icrasına başlamasının ertəsi günü ona bir neçə maddə üzrə impiçment tələbi irəli sürüb.
Konqres üzvü qeyd edib ki, Co Bayden prezidentlik ofisinə uyğun deyil. O, Co Baydeni vitse-prezident olduğu müddətdə səlahiyyətindən sui-istifadə etməkdə və qohumbazlıqda günahlandırıb.