4 C
Baku
Sunday, December 4, 2022

Bayden: “Əgər Putinin Ukraynada nüvə silahından istifadə etmək planı yoxdursa, niyə bu haqda danışır?”

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinin Ukraynaya qarşı nüvə silahından istifadə etməsinin mənasız olması ilə bağlı sözlərini şərh edib. ABŞ lideri Rusiya prezidentinin nüvə silahı ilə bağlı ritorikasını təhlükəli adlandırıb.

“Əgər onun (Ukraynada nüvə silahından istifadənin) niyyəti yoxdursa, o zaman niyə bu barədə danışmağa davam edir? Niyə taktiki nüvə silahından istifadə etməkdən danışır? Onun vəziyyətə çox təhlükəli yanaşması var. O, Ukraynanı tərk etməklə bütün bunlara son qoya bilər”, – deyə ABŞ prezidenti “NewsNation”a müsahibəsində bildirib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər
X