-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Bayden 2024-cü ildə yenidən seçilməyi planlaşdırır

ABŞ prezidenti Cozef Bayden vitse-prezident Kamala Harris ilə birlikdə 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürməyi planlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə dekabrın 17-də Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer brifinq zamanı bildirib.

Jurnalistlər Baydenin Harris ilə birlikdə prezident seçkilərinə qatılmaq planlarına aydınlıq gətirməyi xahiş ediblər. Jan-Pyer bu suala təsdiqlə cavab verib.

“Bəli, planlaşdırır. Heç nə dəyişməyib”, – deyə Jan-Pyer əlavə edib.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Cen Psaki prezident Baydenin 2024-cü ildə yeni müddətə namizəd olmaq qərarını təsdiqləyib.

Son xəbərlər
Oxşar xəbərlər