27 C
Baku
Saturday, July 27, 2024

Bayden 59 Çin şirkətinə investisiya qoymağı qadağan edib

ABŞ prezidenti Co Bayden fiziki və hüquqi şəxslərə investisiya qoyuluşunun qadağan olunduğu Çin şirkətlərinin siyahısını genişləndirən fərman imzalayıb. Banker.az “RBK”ya istinadın xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

Qara siyahıya ÇXR-in hərbi sənaye kompleksi ilə əlaqəsiz olan 59 təşkilat daxil edilib. Onlar sırasında dünyanın ən böyük telekommunikasiya şirkətlərindən biri olan “Huawei”, “China Mobile Communications Group Co.”, “China Telecommunications Corporation” və digərləri yer alıb.

Siyahıya eyni zamana Çin Hərbi Sənaye Şirkəti (CASIC), Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC), Çin Milli Nüvə Korporasiyası (CNNC) və Çin Milli Dəniz Neft Şirkəti (CNOOC) də daxil olub.

Fərman amerikalıların “ABŞ və müttəfiqlərinin təhlükəsizliyini və ya demoqrafik dəyərlərini təhlükə altına qoyan şirkətlərin səhmlərini almağı qadağan edir. Ağ Evin verdiyi açıqlamada Çinin nəzarət, repressiya və insan haqlarının pozulması üçün texnologiyadan istifadə edə biləcəyi bildirilir.

Qadağa 2 avqust 2021-ci il tarixində qüvvəyə minir.

Xatırladaq ki, “Huawei” hələ 2019-cu ildə ABŞ-ın qara siyahısına daxil edilib. Tramp kəşfiyyatın şirkətin cihazlarının istifadəçi məlumatlarını Çin hökumətinə ötürdüyünü hesab edib. Bundan sonra “Google” korporasiyası Çin texnologiya nəhəngi ilə əməkdaşlığını dayandırıb.

Son xəbərlər
Digər xəbərlər