11 C
Baku
Wednesday, November 27, 2024

Bayden 7 ölkənin liderləri ilə Ukraynanı müzakirə edəcək

ABŞ Prezidenti Co Bayden bu gün, fevralın 18-i NATO rəhbəri, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Polşa, Rumıniya və Fransa liderləri ilə telefon danışığı aparacaq.

Banker.az xəbər verir ki, Kanadanın Baş naziri Castin Trüdonun mətbuat xidməti bildirib ki, onların söhbətinin mövzusu Ukraynadakı vəziyyət olacaq.

Dünən, fevralın 17-si cənab Bayden bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi ehtimalı “çox yüksəkdir”. Onun sözlərinə görə, Rusiya bu əməliyyatı “başqa bir dövlətin bayrağı altında” keçirə bilər. Bundan sonra mediada hücumun fevralın 20-dən sonra baş verə biləcəyi ilə bağlı məlumatlar yayılıb, Kreml bunu “daha bir saxtakarlıq” adlandırıb.

Son xəbərlər
Digər xəbərlər