1 C
Baku
Saturday, December 14, 2024

Bayden ABŞ-a giriş məhdudiyyətlərini sərtləşdirmək niyyətindədir

Yeni seçilmiş prezident Cozef Bayden koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq ABŞ-a giriş məhdudiyyətlərini yumşaltmaq deyil, sərtləşdirmək niyyətində olduğunu açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Müvafiq bəyanat bazar ertəsi günü Ağ evin hazırkı başçısı Donald Trampın yanvarın 26-dan etibarən Şengen ölkələrindən, Böyük Britaniyadan, İrlandiyadan və Braziliyadan ABŞ-a giriş məhdudiyyətlərini ləğv etmək əmrindən sonra yayımlanıb.

“Pandemiya ilə əlaqəli vəziyyətin pisləşməsi və dünyada daha yoluxucu virus növlərinin meydana gəlməsi səbəbindən deyə bilərik ki, hal-hazırda beynəlxalq səyahətlərdəki məhdudiyyətləri aradan qaldırmağın vaxtı deyil”, – mesajda bildirilir. “Səhiyyə mütəxəssislərimizin tövsiyələrinə əsaslanaraq, əminliklə Bayden rəhbərliyinin bu məhdudiyyətləri ləğv etmək niyyətində olmadığını qeyd edə bilərik”.

Xatırladaq ki, bazar ertəsi günü Tramp Şengen ölkələrindən, Böyük Britaniyadan, İrlandiyadan və Braziliyadan ABŞ-a giriş məhdudiyyətlərini ləğv etmək əmrini vermişdir. Qərar yanvarın 26-da qüvvəyə minməlidir.

2020-ci il 13 mart tarixində Tramp Şengen zonasının ölkələrini ziyarət etmiş şəxslərin ölkəyə girişini məhdudlaşdırmışdır. Daha sonra bu qadağa İrlandiya, Böyük Britaniya və Braziliyaya qarşı tətbiq edildi

Son xəbərlər
Digər xəbərlər