ABŞ Prezidenti Cozef Bayden ölkənin borcunu ödəmək təhlükəsi olmadığına əminliyini bildirib.
Bu barədə “Associated Press” onun Ağ Evdəki çıxışından sitat gətirir.
“Mən əminəm ki, bizim büdcə ilə bağlı razılaşmalarımız olacaq və Amerika defolt etməyəcək”, – Bayden deyib.
Bayden əlavə edib ki, o və ABŞ Konqresi kompromis əldə edəcək, çünki başqa alternativ yoxdur.
Hazırda ABŞ-ın dövlət borcunun limiti 31,4 trilyon dollardır, onun artırılması ilə bağlı danışıqlar bir neçə aydır ki, davam edir. Ağ Ev bu cür təklifləri rədd edib.