Home Xəbərlər Xarici xəbərlər Bayden ABŞ-ın Əfqanıstandakı itkilərinin sayını çətinliklə açıqlaya bilib

Bayden ABŞ-ın Əfqanıstandakı itkilərinin sayını çətinliklə açıqlaya bilib

0
Bayden ABŞ-ın Əfqanıstandakı itkilərinin sayını çətinliklə açıqlaya bilib

ABŞ prezidenti Co Bayden cib kağızındakı qeydə baxmadan Birləşmiş Ştatların Əfqanıstandakı itkilərinin sayını açıqlaya bilməyib.

Bu barədə “RİA Novosti” xəbər verir.

O, Ağ Evdəki mətbuat konfransında jurnalistin ABŞ-ın itkiləri ilə bağlı sualına cavab vermək üçün o pencəyinin cibindən kiçik qeyd kağızını çıxarıb.

“Bu kağız hər gün üstümdədir – biz faktiki olaraq itirdik: 2 448 nəfər amerikalı ölüb, 20 722 nəfər yaralanıb”, – Bayden deyib.

Bu məlumatlar zamanı o, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması haqqında qərarının düzgünlüyünü əsaslandırıb.

Əfqanıstanda vəziyyət “Taliban” hərəkatı döyüşçülərinin avqustun 15-də Kabilə girmələrindən və prezident sarayını nəzarət altına almalarından sonra daha da pisləşib.