ABŞ Əfqanıstandakı hədəflərinə çatıb və “ən uzun müharibədən” sonra bu ölkəni tərk edir, bunu prezidenti Co Bayden Ağ Evdə çıxış edərkən söyləyib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bayden ABŞ qoşunlarının Əfqanıstandan geri çəkilməsi qərarını “Əl-Qaidə” terror qruplaşmasının ləğv edilməsi, o cümlədən onun lideri olan Usam ben Ladenin öldürülməsi ilə izah edib.
“Biz bu hədəflərə çatdıq, buna görə oranı tərk etdik. Biz Əfqanıstana millət qurmaq üçün gəlmədik, bu yalnız əfqan xalqının haqqı və vəzifəsidir – ölkəni necə idarə etmək istədiklərini onlar özləri qərar verəcək”, – deyə Amerika lideri əlavə edib.
Xatırladaq ki, daha əvvəl ABŞ qüvvələri geri çəkildikdə Əfqanıstanda “Taliban” hərəkatı canlanmağa başlayıb. Terrorçular İranla sərhəddəki yaşayış məntəqələrini nəzarət altına götürməyə davam edir.