ABŞ Prezidenti Co Bayden yarımkeçiricilər, mikroelektronika, kvant texnologiyaları və süni intellektin inkişafı da daxil olmaqla Çinin texnologiya sənayesinə investisiyaların məhdudlaşdırılmasını nəzərdə tutan sərəncam imzalayıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Sənəddə deyilir ki, bu addım ABŞ-a “kəşfiyyat, müşahidə və ya kiber imkanlar baxımından əsas olan” məxfi və qabaqcıl texnologiyaların inkişafını məhdudlaşdırmağa imkan verəcək.
Fərman maliyyə nazirinə Çin sənayesinin üç sektoruna investisiyaları tənzimləməyə imkan verəcək: yarımkeçiricilər, mikroelektronika, kvant informasiya texnologiyaları və süni intellekt sistemləri. ABŞ səlahiyyətliləri biznesləri bu cür investisiyalar barədə məlumat verməyə məcbur edəcəklər, onların bəzilərinə qadağa qoyulacaq.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında ABŞ hakimiyyəti yarımkeçiricilərin və mikrosxemlərin Çinə tədarükünü məhdudlaşdırıb. Məhdudiyyətlərdən “Megvii Technology”, “Dahua Technology”, IFLYTEK, “Sunway Microelectronics”, “Yitu Technologies” və digər şirkətlər təsirlənib.