4 C
Baku
Sunday, December 4, 2022

Bayden ABŞ-ın inflyasiya ilə mübarizədə irəliləyiş əldə etdiyini bildirib

ABŞ sentyabr ayında inflyasiya ilə mübarizə irəliləyiş əldə edib, avqustda bu sahədə imzalanan qanun sığorta haqlarının azaldılmasına və qocalar üçün dərmanların qiymətlərinin aşağı salınmasına kömək edir.

TASS xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

“Bugünkü hesabat qiymət artımına qarşı mübarizədə müəyyən irəliləyiş olduğunu göstərir, lakin bizim hələ (bu istiqamətdə – red) işimiz çoxdur”, – o bildirib.

“Lakin bu irəliləyişlə belə, qiymətlər hələ də çox yüksəkdir. Dünya dövlətlərinin əziyyət çəkdiyi və ölkəmizdə işləyən ailələrə təsir edən qlobal inflyasiya ilə mübarizə mənim əsas prioritetimdir”, – o, əlavə edib.

Ağ Ev tərəfindən yayılan bəyanatda qeyd edilir ki, avqust ayında Prezident tərəfindən imzalanan, ABŞ-da inflyasiyanın azaldılması qanunu 13 milyon insan üçün tibbi sığorta haqlarının azaldılmasına, yaşlılar üçün reseptli dərmanların qiymətlərinin azaldılmasına, xərclərinin 2 000 dollaradək aşağı salınmasına kömək edəcək. Tədbir həm də yaxın aylarda ev təsərrüfatlarının elektrik enerjisi ödənişlərini azaldacaq.

Son xəbərlər
Digər xəbərlər
X