ABŞ-ın aparıcı mətbuat mənbələri tərəfindən prezidenti seçkilərində qalib elan edilən Cozef Bayden, ABŞ-ın sanksiya siyasətinə yenidən baxmağı planlaşdırdığını bildirib.
Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” yazıb.
Yayılan məlumatlara görə, bununla maliyyə nazirinin müavini vəzifəsinə namizəd olan Adevale Adeyemo məşğul olacaq. O, ABŞ-ın sanksiya siyasətinə görə məsuliyyət daşıyan Terrorla Mübarizə və Maliyyə Kəşfiyyat Agentliyinin fəaliyyətini yenidən nəzərdən keçirəcək.
Qeyd edək ki, Donald Trampın prezident olduğu müddətdə İran, Şimali Koreya, Çin, Venesuela və Rusiyaya ilə əlaqəsi olan şirkətlərə, vətəndaşlara, hətta neft tankerlərinə qarşı sanksiyalar tətbiq edilmişdir.
Bayden administrasiyası hesab edir ki, Trampın bu yanaşması həm müxalifləri, həm də müttəfiqləri çaş-baş qoyur. Onun sözlərinə görə, sanksiyalar yalnız çoxtərəfli əsasda tətbiq olunduqda effektiv olur.
Bayden özü sanksiyalar barədə danışmaqdan çəkinir.