ABŞ prezidenti Co Bayden oktyabrın 1-də başlayan 2025-ci maliyyə ili üçün 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, cari maliyyə ili üçün Amerikanın müdafiə büdcəsi 886.3 milyard dollar təşkil edir.
1.8 min səhifədən ibarət olan sənəd kəşfiyyat sahəsində proqramların həyata keçirilməsi, Pentaqonun planları, eləcə də Energetika Nazirliyinin layihələri üçün vəsaitin ayrılmasını nəzərdə tutur.
Bundan əlavə, cənab Baydenin imzaladığı aktda Rusiya ilə mədən yanacaqları sahəsində əməkdaşlığa, o cümlədən strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılmasına dair tədbirlər haqqında müqaviləyə əsasən məlumat mübadiləsinə qadağa da daxildir.