8 C
Baku
Wednesday, October 30, 2024

Bayden Afrika İttifaqını “G20”ə qoşulmağa çağırıb

ABŞ Prezidenti Cozef Bayden Afrika İttifaqını “Böyük İyirmiliy”ə (G20) daimi üzv kimi qoşulmağa çağırıb.

Dövlət başçısı bu bəyanatı Vaşinqtonda Afrika liderlərinin ABŞ-da keçirilən sammitində səsləndirib.

Bayden Afrika xalqlarını bütün dünyaya fayda verə biləcək tərəqqinin əldə edilməsində vacib tərəfdaş adlandırıb.

O, həmçinin xatırladıb ki, sentyabrda BMT Baş Assambleyasında Birləşmiş Ştatların Təhlükəsizlik Şurasında islahatların aparılması və ona daimi əsasda Afrika nümayəndəsinin daxil edilməsi ideyasını dəstəkləyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər