10 C
Baku
Friday, December 13, 2024

Bayden Afrika ölkəsinə BMT TŞ-də daimi üzvlük verilməsini dəstəkləyir

“ABŞ Prezidenti Cozef Bayden islahatlar nəticəsində Afrika ölkələrindən birinə BMT Təhlükəsizlik Şurasında (TŞ) daimi üzvlük verilməsini dəstəkləyir”.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Vaşinqtonda keçiriləcək ABŞ-Afrika sammiti zamanı Ağ Ev rəhbəri Afrika ilə bağlı təşəbbüsləri açıqlamaq niyyətindədir: “Prezident BMT Təhlükəsizlik Şurası ilə bağlı islahatlara sadiq olduğunu vurğulamağı, o cümlədən Afrika qitəsindən olan bir ölkənin daimi üzvlüyünə dəstək verməyi planlaşdırır”.

C.Sallivan əlavə edib ki, ABŞ qitədəki əsas problemlərin həlli üçün növbəti üç il ərzində Afrika ölkələrinə 55 milyard dollar sərmayə qoymaq öhdəliyi götürəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər