26 C
Baku
Saturday, July 27, 2024

Bayden Ağ Evin aparat rəhbəri namizədini seçib

ABŞ-ın prezidentliyinə namizəd Co Bayden, keçmiş müşaviri Ron Klaynı Ağ Evin aparat rəhbəri vəzifəsinə təyin etməyə qərar verib.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Baydenin sözlərinə görə, Klayn bu illər ərzində onun üçün əvəzolunmaz olub.

“Biz Amerika iqtisadiyyatını 2009-cu ildəki ən pis böhrandan birindən qurtardıq, bundan əlavə 2014-cü ildə Ebola xəstəliyinin yayılması səbəbindən yaranan səhiyyə kollapsı ilə mübarizə apardıq”, – Baydenin mesajında deyilir.

Xatırladaq ki, Baydenin əvvəlcə senator, daha sonra isə vitse-prezident vəzifəsində çalışdığı müddətdə onun baş katibi olub.

3 noyabr tarixində ABŞ-da prezident seçkiləri keçirilib və mətbuatda yer alan məlumatlara görə, Bayden hazırkı prezident Donald Trampı 5 milyon səslə qabaqlayır.

Son xəbərlər
Digər xəbərlər