ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Amerika iqtisadiyyatını xilas edilməsi planını hazırlayıb. Verilən məlumata görə, plana vətəndaşlara və müəssisələrə 1.9 trilyon dollar yardımın ayrılmasını nəzərdə tutur.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Siyasətçi təklifi ilə Konqresə müraciət edəcək.
Pullar aşağıdakı şəkildə paylanacaq:
1. 1 trilyon dollar – ailələrə birbaşa maddi yardım;
2. 440 milyard dollar – pandemiyadan daha çox zərər çəkmiş kiçik biznesə dəstək;
3. 415 milyard dollar – pandemiya ilə mübarizə və vaksinasiya.
Bayden hər bir vergi ödəyicisinə 1 400 dollar ödəməyi təklif edib. Əgər bu plan təsdiqlənərsə, işsizlik müavinəti sentyabr ayına qədər həftədə 400 dollara çatacaq (indi 300 dollardır). Bundan əlavə, 30 milyard dollar xırda icarəçilərə, 25 milyard dollar isə uşaqlara yardım edən təşkilatlara ayrılacaq.
Qeyd edək ki, ABŞ koronavirusa yoluxma sayına görə dünyada lider ölkədir. Bu günədək ştatlarda 23.3 milyon nəfər Covid-19-a yoluxub, onlardan 388 540 nəfər dünyasını dəyişib.







