21 C
Baku
Friday, September 30, 2022

Bayden amerikalıları dərhal Ukraynanı tərk etməyə çağırıb

ABŞ Prezidenti Co Bayden amerikalıları Ukraynanı tərk etməyə çağıraraq, oradakı vəziyyətin tez bir zamanda “çılğın dönüş” edə biləcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət Departamenti də amerikalıları Ukraynanı tərk etməyə çağırıb.

Banker.az xəbər verir ki, “Amerika vətəndaşları indi getməlidir. Bu, terror təşkilatı ilə üz-üzə gəlmək kimi deyil. Biz dünyanın ən böyük ordularından biri ilə mübarizə aparırıq. Bu, tamamilə fərqli bir vəziyyətdir və işlər tez bir zamanda çılğınlaşa bilər”, – deyə siyasətçi söyləyib.

Kiyev və Qərb dövlətləri Rusiyanın Ukrayna sərhədləri yaxınlığında “aqressiv hərəkətlərinin” artması ilə bağlı narahatlıqlarını ifadə edib. Moskva dəfələrlə bu cür ittihamları rədd edərək, heç kimə hücum etmək fikrində olmadığını bildirib.

Son xəbərlər
Oxşar xəbərlər