15 C
Baku
Wednesday, April 24, 2024

Bayden and içərək prezident kimi fəaliyyətə başladı

ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inaqurasiya mərasimi keçirilib.

ABŞ-ın 46-cı prezidenti and içərək vəzifəsinin icrasına başlayıb.

Cozef Baydenlə yanaşı, Kamala Harris də vitse-prezident kimi and içib. Mərasimdə müğənni Ledi Qaqa Amerika Birləşmiş Ştatların himnini ifa edib.

Hakimiyyəti yeni komandaya əvvəlki prezident Donald Tramp yox, vitse-prezident Mayk Pens ötürüb.

İnaqurasiyada həmçinin, ABŞ-ın keçmiş prezidentləri Bill Klinton, Corc Buş (kiçik – Red) və Barak Obama iştirak edib.

Pandemiya səbəbindən mərasim sosial məsafənin saxlanılması şəraitində təşkil edilib. Xüsusilə, yeni dövlət başçısının andiçmə mərasimi münasibətilə parad təşkil edilməyəcək. İnaqurasiyanı işıqlandırmaq üçün akkreditə olunmuş jurnalistlərin sayı azaldılıb.

Qeyd edək ki, ABŞ-ın səlahiyyətləri başa çatmış prezidenti Donald Tramp Co Baydenin inaqurasiyası mərasimində iştirak etməyib. O, həyat yoldaşı Melanya Trampla Vaşinqtondan Floridaya gedib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər