13 C
Baku
Friday, November 22, 2024

Bayden Balidə keçiriləcək “G20” sammitində iştirak edəcək, Misir və Kambocaya səfər edəcək

ABŞ Prezidenti Cozef Bayden noyabrda Misir, Kamboca və İndoneziyaya səfər edəcək və Balidə keçiriləcək iyirmilik qrupunun (“G20”) sammitində iştirak edəcək.

Bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

Sənəddən belə çıxır ki, C.Bayden noyabrın 11-də Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP27) 27-ci Tərəflər Konfransında iştirak edəcək.

ABŞ lideri noyabrın 12-13-də ABŞ-ASEAN sammitinin keçiriləcəyi Pnompendə olacaq.

Bayden 13-16 noyabr tarixlərində Balidə olacaq. O, “G20” sammitində iştirak edəcək. İndoneziyada keçirilən bu forumda Amerika lideri “energetika və ərzaq təhlükəsizliyi sahəsində “əsas məsələlərin həlli üçün iyirmilik qrupundakı tərəfdaşlarla işləyəcək”.

Son xəbərlər
Digər xəbərlər