7 C
Baku
Thursday, December 12, 2024

Bayden benzinin qiymətinin azaldılması üzrə əlavə tədbirlər görüləcəyini elan edib

ABŞ Prezidenti Co Bayden noyabr ayında keçiriləcək aralıq seçkilər ərəfəsində ciddi daxili problemə çevrilmiş neft tədarükü ilə bağlı böhranın yumşaldılmasına və benzinin qiymətinin azaldılmasına yönəldilmiş bəzi tədbirlər görüləcəyini elan edib.

Bu ilin əvvəlində Amerika lideri 6 ay ərzində “strateji neft ehtiyatı” deyilən milli ehtiyatlardan 180 milyon barelin sərbəstləşdiriləcəyini vəd etmişdi. Bayden həmin həcmin sonuncu 15 milyon barelinin dekabr ayında satılacağını təsdiqləyib.

Ağ Evin rəhbəri daha sonra bildirib ki, administrasiya qeyri-adi addım atmağa hazırlaşır: neftin 1 barelinin qiyməti 70 dollardan aşağı düşən kimi strateji ehtiyatı bərpa etmək üçün neft alışına başlamaq planlaşdırılır. Məmurlar qeyd ediblər ki, bu addım bazar üçün ciddi siqnal olmalı və ölkədə neft hasilatını stimullaşdırmalıdır.

Bayden “hamı üçün belə çətin bir vaxtda” qiymətlərin hədsiz artmasına görə neft şirkətlərini günahlandıraraq deyib: “Siz öz mənfəətinizdən səhmlər almaq və ya dividentdər qazanmaq üçün istifadə etməməlisiniz. İndi, müharibə dövründə siz rekord dərəcəyə çatan gəlirlərinizi istehsalın və emalın artırılması üçün sərf etməlisiniz. Amerika xalqı üçün Amerikaya sərmayə qoyun”.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər