ABŞ Prezidenti Cozef Bayden Massaçusets ştatının Boston şəhərinə işgüzar səfər edən şahzadə Uilyamla görüşüb.
Bu barədə ABŞ mətbuatı məlumat yayıb.
“Sizi yenidən görməyə şadam”, – C.Bayden bildirib.
Daha sonra onlar Con Kennedi adına Prezident Kitabxana-Muzeyinə yollanıblar.
Daha əvvəl Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə qeyd edib ki, şahzadə Uilyam ilə görüşdə Bayden, xüsusilə iqlim dəyişikliyi ilə mübarizəni müzakirə etməyi planlaşdırır.