Prezident Cozef Bayden ABŞ-ın müdafiə büdcəsini imzalayacaq və bu, təxminən 850 milyard dollar təşkil edəcək.
Bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib.
“Sənəd bu həftənin sonunda imzalanacaq”, – deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ Konqresinin Senatı Pentaqonun 2023-cü il üçün hərbi büdcəsini 847,3 milyard dollar məbləğində təsdiqləyib. 100 senatordan 79-u silahlı qüvvələrə rekord məbləğin ayrılmasının lehinə səs verib. Hərbi büdcə layihəsi 2022-ci ildəki 778 milyard dollardan təqribən 850 milyard dollara yüksəlib.