17 C
Baku
Friday, October 18, 2024

Bayden Çinə investisiya qoyuluşuna məhdudiyyətlər qoymaq niyyətindədir

ABŞ prezidenti Cozef Bayden bu il avqustun ortalarına qədər Çinin yüksək texnologiyalı sənayelərinə investisiya qoyuluşuna məhdudiyyətlər qoymağı planlaşdırır.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayılıb.

Baydenin müvafiq sərəncam imzalaması avqustun ikinci həftəsinə planlaşdırılır.

Eyni zamanda, nəşr qeyd edib ki, planlaşdırılan imzalanma tarixləri bir neçə dəfə təxirə salınıb və onun bir daha təxirə salınmayacağına dair heç bir zəmanət yoxdur.

Agentlik bildirib ki, məhdudiyyətlərin ən tez 2024-cü ilə qədər qüvvəyə minməsi gözlənilmir və ABŞ-ın Çinin yüksək texnologiya sənayesinə mövcud investisiyalarına təsir etməyəcək.

Son xəbərlər
Digər xəbərlər