26 C
Baku
Saturday, July 27, 2024

Bayden Çin lideri ilə telefonla danışıb

ABŞ prezidenti Co Bayden Çin lideri Si Tsinpin ilə iki ölkənin maraqlarının üst-üstə düşdüyü, o cümlədən fərqli olduğu sahələri telefonla müzakirə edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Xüsusilə, iki ölkə prezidenti Vaşinqton və Pekin arasındakı rəqabətin münaqişəyə çevrilməsi riskinə vurğu edib.

“Prezidenti Bayden ABŞ-ın Hind-Sakit okean regionunda və bütün dünyada sülh, sabitlik və rifahın təmin edilməsində maraqlı olduğunu bildirib. İki lider rəqabətin münaqişəyə çevrilməsinə yol verməmək yollarını müzakirə edib”, – deyə mesajda bildirilir.

Si Tsinpin Co Bayden ilə müzakirəsində Vaşinqtonun Pekinə qarşı siyasətinin Çin-Amerika münasibətlərinə zərər verdiyini qeyd edib. “Bu, iki ölkə xalqının maraqlarına uyğun gəlmir”, – deyə ÇXR sədri söyləyib.

Son xəbərlər
Digər xəbərlər