6 C
Baku
Sunday, January 12, 2025

Bayden Çin Sədrinə təhlükə yaranacağı təqdirdə hərbi tədbirlərlə bağlı xəbərdarlıq edəcək

ABŞ Prezidenti Cozef Bayden Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Szinpinlə söhbətində Koreya Xalq Demokratik Respubikasından gələn təhdidlərin artacağı təqdirdə, ABŞ-ın Asiya-Sakit okean regionunda hərbi mövcudluğunu genişləndirmək məcburiyyətində qalacağı ilə bağlı xəbərdarlıq etmək niyyətindədir.

Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“O (Bayden -red) sədr Si Szinpinə KXDR-in təkcə ABŞ, Cənubi Koreya və Yaponiya üçün deyil, həm də bütün regionda sülh və sabitlik üçün təhlükə yaratması ilə öz baxışını təqdim etməyə hazırlaşır. “Və Koreya Xalq Demokratik Respublikası bu yolu davam etdirərsə, bu, Amerikanın bölgədəki hərbi mövcudluğunun genişlənməsi demək olacaq.”

Sallivanın fikrincə, belə bir tezis Çinin “KXDR-in ən pis istəklərini cilovlamaqda konstruktiv rol oynamaqda” maraqlı olduğunu göstərməlidir.

Ağ Evin məlumatına görə, Bayden və Si Szinpin noyabrın 14-də Balidə Böyük İyirmilik Qrupu (G20) sammiti çərçivəsində görüşəcəklər.

Son xəbərlər
Digər xəbərlər