27 C
Baku
Thursday, August 11, 2022

Bayden Çindən ABŞ-a idxal olunan məhsullara rüsumları ləğv edə bilər

ABŞ prezidenti Co Bayden ölkədə inflyasiyanın yumşaldılması məqsədilə Çindən ixrac olunan məhsullara tətbiq olunan gömrük rüsumlarının ləğv edilməsini planlaşdırır.

Bu barədə “The Wall Street Journal” qəzeti yazır.

Qeyd olunur ki, rüsumların ləğvi geyim və məktəb ləvazimatları, iki istehlak məhsullarına şamil edilə bilər.

Bundan başqa, ABŞ hökuməti yerli idxalatçıların rüsumların ləğvi ilə bağlı müraciət etmək mexanizmini də işə salmağı planlaşdırır.

Xatırladaq ki, Çindən ABŞ-a idxal olunan məhsullara sabiq prezident Donald Trampın rəhbərliyi dövründə rüsumlar tətbiq edilmişdi. Bunun cavabında Çin ABŞ məhsullarına rüsum tətbiq etmişdi.

 

 

Son xəbərlər
Oxşar xəbərlər