5 C
Baku
Şənbə, Yanvar 29, 2022

Bayden COVID-19 ilə mübarizə üçün yeni planını açıqladı

ABŞ prezidenti Co Bayden “omikron” ştamının sürətli yayılması fonunda cümə axşamı ciddi məhdudiyyətlərin tətbiqini nəzərdə tutmayan koronavirusla mübarizə planını təqdim edib.

Banker.az xəbər verir ki, “Bu gün mən COVID-19 ilə mübarizə üzrə fəaliyyət planımızı təqdim etməyə gəldim. Və o, “şatdaun” və ya “lokdaun” nəzərdə tutmur”, – deyə siyasətçi Milli Sağlamlıq İnstitutunun Vaşinqtonda yerləşən qərargahında çıxış edərkən vurğulayıb.

Prezidentin sözlərinə görə, yeni planda əhalinin ilkin, habelə təkrar vaksinasiyasının genişləndirilməsinə xüsusi diqqət yetirilir.

“Bu qış etmək istədiyim beş əsas tədbir var”, – deyə Bayden söyləyib. Onun sözlərinə görə, birinci tədbir “bütün ölkə üzrə təkrar peyvənd kampaniyasının miqyasının genişləndirilməsini”, ikinci – poliklinika şəbəkələrinin inkişaf etdirilməsini, üçüncüsü – ev şəraitində test vermə imkanının yaradılması, dördüncü – tibb işçilərinin gücləndirilməsi, beşinci – dünyanın qalan hissəsini peyvənd etmək üçün səylərin birləşdirilməsi, beynəlxalq səyahət qaydalarına yenidən baxılması.

Eyni zamanda, onun fikrincə, ABŞ sakinləri qışda yoluxmaların sayının artmasına hazır olmalıdırlar. “Mütəxəssislər deyirlər ki, koronavirusa yoluxma hallarının sayı qışın gələn həftələrində artmağa davam edəcək. Ona görə biz hazır olmalıyıq”, – deyə ABŞ lideri əlavə edib.

Son xəbərlər
Oxşar xəbərlər