8 C
Baku
Sunday, December 22, 2024

Bayden deyir ki, ABŞ-da mümkün defolt ölkə iqtisadiyyatı üçün dağıdıcı olar

Milli borc tavanının artırılması ilə bağlı danışıqlar uğursuz olarsa, potensial defolt ölkə iqtisadiyyatı üçün dağıdıcı olar.

Bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

Ağ Ev rəhbəri, həmçinin respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının lideri Kevin Makkartinin bununla bağlı narahatçılığını anladığına əminliyini ifadə edib.

Prezident defoltun qarşısını almaq üçün milli borc tavanının qısa müddətə artırılmasının mümkünlüyünü istisna etməyib.

Eyni zamanda, Bayden bildirib ki, potensial defoltla bağlı vəziyyətə baxmayaraq, o, hələ də mayın 19-21-də Xirosimada keçiriləcək G7 sammitində iştirak etmək niyyətindədir.

Bundan əvvəl ABŞ Senatının Respublikaçılar Partiyasından olan 43 nəfərlik qrup üzvü Vaşinqton administrasiyasını dövlət xərclərini azaltmasa, borc tavanının artırılması ilə bağlı razılığa gəlməyəcəklərini bildirmişdi.

Onların fikrincə, iqtisadiyyat dayanıqlı olmayan fiskal siyasət səbəbindən hazırda “sərbəst enişdədir”.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər