9 C
Baku
Friday, December 13, 2024

Bayden deyir ki, ABŞ İranın nüvə silahına sahib olmasına icazə verməyəcək

Amerika Birləşmiş Ştatları İranın nüvə silahına sahib olmasına icazə verməyəcək və Tehranı dayandırmaq üçün son variant kimi gücdən istifadə etməyə hazırdır.

Bu fikirləri ABŞ Prezidenti Cozef Bayden İsrail televiziyasının 12-ci kanalına müsahibəsində deyib.

ABŞ Prezidenti, həmçinin Donald Trampın rəhbərlik etdiyi əvvəlki Vaşinqton administrasiyasının İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmaq qərarını “nəhəng səhv” adlandırıb.

“Onlar indi əvvəlkindən daha çox nüvə silahına yaxındırlar”, – Bayden əlavə edib.

Qeyd edək ki, Bayden vəzifəyə gəldikdən sonra ilk Yaxın Şərq turnesi çərçivəsində İsrailə səfər edib.

Son xəbərlər
Digər xəbərlər