-1 C
Baku
Thursday, February 9, 2023

Bayden deyir ki, bu il ABŞ iqtisadiyyatı 1976-cı ildən bəri ilk dəfə Çini geridə qoya biləcək

Bu il ABŞ iqtisadiyyatı 1976-cı ildən bəri ilk dəfə böyümə sürətində Çini geridə qoya biləcək.

Bu barədə ABŞ Prezidenti Co Bayden müstəqil ekspertlərə istinadən özünün “Twitter” səhifəsində yazıb.

“Müstəqil ekspertlər ABŞ iqtisadiyyatının bu il Çin iqtisadiyyatından daha sürətli inkişaf edə biləcəyini proqnozlaşdırırlar”, – deyə C.Bayden bildirib.

Onun sözlərinə görə, son dəfə belə bir şey 1976-ci ildə olub.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər
X