9 C
Baku
Thursday, December 12, 2024

Bayden: Dünya bazarlarındakı neft həcmləri digər ölkələrə İrandan alışları azaltmağa imkan verir

Dünya bazarlarında neft təklifinin həcmi hələ də digər ölkələrə İrandan alışını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

Bu barədə ABŞ Prezidenti Cozef Baydenin imzaladığı və şənbə günü Ağ evin mətbuat xidməti tərəfindən yayılmış memorandumda bildirilib.

Sənəddən belə çıxır ki, Amerika lideri qlobal iqtisadiyyatdakı vəziyyətlə bağlı ona verilən məlumatın “diqqətlə öyrənilməsi”nin nəticələrinə əsasən belə qənaətə gəlib ki, bazarlarda “yetərincə neft ehtiyatı və İrandan başqa, digər ölkələrin neft məhsulları var”. Bu, sənəddə qeyd edildiyi kimi, “xarici maliyyə institutları” tərəfindən Tehrandan yanacaq alışlarının “həcmini əhəmiyyətli dərəcədə azaltmağa” imkan verir.

Bayden “bu vəziyyəti yaxından izləməyə davam edəcəyini” söyləyib. Memorandum ABŞ dövlət katibi Entoni Blinken, maliyyə naziri Canet Yellen və energetika naziri Cennifer Qrenholma göndərilib.

Son xəbərlər
Digər xəbərlər