26 C
Baku
Saturday, July 27, 2024

Bayden F-16-ların Türkiyəyə satılmasını dəstəkləyir

Prezident Bayden F-16-ların Türkiyəyə satılmasını dəstəkləyir. Bu həm NATO, həm də ABŞ üçün vacibdir.

Bu barədə Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken NTV telekanalına müsahibəsində bildirib.

“Bildiyiniz kimi, Konqresdə narazılıqlar var və biz Konqres liderləri ilə sıx təmasdayıq və bunun vacibliyini vurğulayırıq. F-16-ların gecikdirilməsinin nə İsveçlə Finlandiyanın NATO-ya üzvlüyü ilə, nə də Türkiyədəki prezident seçkiləri ilə bağlılığı var. Konqres liderlərinin bəzi narahatlıqları var və onların narahatlıqlarının aradan qaldırılması vacibdir”, – Blinken əlavə edib.

Son xəbərlər
Digər xəbərlər