9 C
Baku
Sunday, November 17, 2024

Bayden Finlandiya və İsveçin Alyansa qoşulması ilə bağlı sənədi imzalayacağını bildirib

ABŞ Prezidenti Co Bayden ABŞ Senatının NATO-nun genişlənməsinə dair qətnamə qəbul etməsini alqışlayıb.

Bu barədə Amerika liderinin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan yazılı bəyanatında deyilir.

Bayden Finlandiya və İsveçin Alyansa qoşulması ilə bağlı sənədləri imzalayacağını bildirib.

Amerika qanunvericiliyinin xüsusiyyətlərinə uyğun olaraq, ratifikasiya prosedurunu birbaşa ölkə prezidenti həyata keçirir, Senat isə buna razılıq verir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər