19 C
Baku
Monday, April 22, 2024

Bayden Kiyevdə Zelenski ilə görüşüb – Yenilənib

16:08

ABŞ Prezidenti Co Baydenin Ukrayna səfəri başa çatıb.

Bu barədə Ağ Ev məlumat yayıb.

Baydenin artıq paytaxt Kiyevi tərk etdiyi açıqlanıb.

Xatırladaq ki, bu gün Co Bayden Kiyevə öncədən elan olunmayan səfər edib.


15:44

“Bu gün həmkarımla uzaqmənzilli raketlərin tədarükünü müzakirə etdik”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ukrayna ABŞ-dan güclü hərbi dəstək gözləyir:

“Uzaqmənzilli silahlar bizim üçün çox vacibdir. Rusiyanın şansı yoxdur. Biz şəhərlərimizi, xalqımızı Rusiyadan birlikdə qoruyacaq və qələbəmiz üçün imkanları gücləndirəcəyik”.

Zelenski ilə söyləyib ki, Ukrayna və ABŞ-ın müharibə ilə bağlı mövqeyi eynidir:

“Biz, həmçinin Rusiyaya qarşı təzyiqlər barədə də razılığa gəldik. Biz həm ikitərəfli səviyyədə, həm də G7 çərçivəsində sanksiyaları sərtləşdirmək üçün birlikdə çalışırıq. Bu da çox vacibdir”.

Qeyd edək ki, Bayden Kiyevdə səfərdədir.


14:25

Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında ABŞ lideri Cozef Baydenin Kiyevə səfəri ilə bağlı paylaşım edib.

O, Birləşmiş Ştatlar Prezidenti ilə görüşdüyünü bildirib.

“Cozef Bayden, Kiyevə xoş gəlmisiniz! Sizin səfəriniz ukraynalılar üçün fövqəladə dərəcədə vacib dəstək nümayişidir”, – V.Zelenski görüşdə söyləyib.


14:00

ABŞ Prezidenti Cozef Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Kiyevin Mixaylovski kilsəsində görüş keçirilir.

Məlumatı Ukrayna KİV-i yayıb.

V.Zelenski amerikalı həmkarını Mixaylovsk meydanında qarşılayıb.

ABŞ lideri həyəcan siqnalı altında müharibədə həlak olan Ukrayna müdafiəçilərinin xatirəsini yad edib.


13:43

ABŞ Prezidenti Cozef Bayden gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Məlumatı Ukrayna mətbuatı yayıb.

Ağ ev liderinin Kiyevə gələcəyi barədə əvvəldən heç bir məlumat yayılmayıb.

C.Baydenin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi, ölkədəki vəziyyətlə yaxından tanış olacağı gözlənilir.

Məlumata görə, hazırda ABŞ-ın strateji kəşfiyyat aviasiyası Polşa ilə Ukraynanın sərhədləri boyu uçuşlar edir.

MənbəReport
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər